Moskva “Dinamo”su Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə yolları ayırıb. Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər bu ilin yayına qədər olan müqaviləni qarşılıqlı razılıq əsasında ləğv ediblər. Klub Şeydayevə təşəkkürünü bildirib, ona gələcək karyerasında uğurlar arzulayıb. Xatırladaq ki, millimizin 23 yaşlı futbolçusu ötən ilin yayında "Krılya Sovetov"la yollarını ayıraraq “Dinamo”ya üz tutmuşdu. O, paytaxt klubunda 9 oyun keçirsə də, heç bir görüşdə rəqib qapısına yol tapa bilməmişdi.

Şeydayevin yenidən “Krılya Sovetov”a qayıdacağı ilə bağlı məlumatlar yayılıb. Buna qədər Ramilin “Zenit”, “Rubin”, “Trabzonspor”, “Jilina” və “Qarabağ”da çıxış etdiyini də xatırladaq.